- Yenicə yaradılmış və qeydiyyatdan keçmiş BİRLİYİN əsas məqsədi nədən ibarətdir?
- Azərbaycan İnformasiya və Cəmiyyət Ictımaı Bırlıyının(və ya Assosiasiyasının) əsas məqsədi Azərbaycanda cəmiyyətin, iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, ətraf mühitin bütün sahələrində və proseslərində, dövlət və özəl qurumların, bələdiyyələrin, qeyri hökumət təşkilatlarının fəaliyyətində İnformasiya-Kommunikasiya Texnologiyalarından (İKT) maksimum istifadəyə nail olmaq, İKT bazarında sağlam rəqabətə şərait yaratmaq, biliklərə və İKT-yə əsaslanan iqtisadiyyatı, ümumilikdə intellektual potensialı inkişaf etdirmək, Açıq, Vətəndaş, Bilik və İnformasiya Cəmiyyətinin (İC) formalaşmasını sürətləndirmək, insanların müxtəlif tipli və xarakterli informasiyaya olan tələbatını dolğun ödəmək hüquqlarını qorumaq, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu proseslərində iştirak etmək, həmçinin Azərbaycan Respublikasında İKT-ın inkişafı üzrə Milli Strategiyanın, Azərbaycan Respublikasında Rabitə və İnformasiya Texnologiyalarının inkişafı üzrə Dövlət Proqramının - «Elektron Azərbaycan»ın, İnformasiya Cəmiyyəti məsələləri üzrə Dünya Sammitinin və müvafiq Beynəlxalq təşkilatların respublikaya aid edilə biləcək qərarlarının yerinə yetirilməsi ilə bağlı fəaliyyət göstərmək və müvafiq işləri həyata keçirməkdir.
- Aydın olur ki, Birlik daha çox informasiyalaşma və İnformasiya Cəmiyyəti məsələləri ilə məşğul olmaq niyyətindədir. Elə isə nə üçün Birlik birbaşa İnformasiya Cəmiyyəti və ya informasiyalaşma problemlıri kimi adlandırılmayıb?
- Əslində ”İnformasiya və Cəmiyyət” ifadəsi həm İnformasiya Cəmiyyəti və informasiyalaşma məsələlərini, həm də ayrılıqda olaraq “İnformasiya“ ilə, eləcə də “Cəmiyyət”lə bağlı problemləri əks etdirə bildiyindəndir ki, Birlik də məhz belə adlandırılmışdır.
-Assosiasiya İnformasiya Cəmiyyətinin formalaşması ilə bağlı hansı vəzifələri həyata keçirməyi nəzərdə tutur?
- Assosiasiya, Qlobal İnformasiya Cəmiyyətinin (İC) tərkib hissəsinə çevrilmək üçün respublikada İnformasiya Cəmiyyətinin formalaşmasına təsir edən problemləri, amilləri araşdırmağı, onların həllinə cəhd etməyi, mövcud rəqəmsal fərqliliyin azaldılması üçün tədbirlərin görülməsinə nail olmağı, İnformasiya Cəmiyyətinin iqtisadi, siyasi, tarixi, sosial, psixoloji, hüquqi, texniki, texnoloji əsaslarını tədqiq etməyi, müvafiq tövsiyyələr işləməyi, normativ-hüquqi bazanı təkmilləşdirməyi planlaşdırır. Bu istiqamətlərdə qabaqcıl xarici ölkələrin təcrübəsini öyrənməyi, respublikada uyğun monitorinqlər, təhlillər aparmağı, sorğular keçirməyi, treninqlər təşkil etməyi, proqnozlar verməyi, layihələrin həyata keçirilməsində iştirak etməyi nəzərdə tutur.
-Birlik informasiya infrastrukturunun formalaşması ilə bağlı hansı işləri görməyi planlaşdırır?-
Birlik, ölkədə səmərəli informasiya infrastrukturunun formalaşmasına, onun dünyaya inteqrasiya olunmasına, müxtəlif xarakterli elektron informasiya resurslarının yaradılmasına, İnternet xidmətləri provayderlərinin fəaliyyətinin yaxşılaşdırılmasına, rabitə və informasiya texnologiyaları (RİT) üzrə xidmət tariflərinin ucuzlaşmasına, müvafiq sahə bazarının genişlənməsinə, simsiz texnologiyaların inkişafına, RİT sahəsində özəlləşdirmə, dövlətsizləşdirmə, medernləşmə proseslərinin və digər islahatların həyata keçirilməsinə, informasiyalaşmanın inkişafı ilə əlaqədar yaranan sosial problemlərin həllinə, maşın tərcümə sistemlərinin və digər sistem və tətbiqi proqram təminatlarının, mövcud kompüter şəbəkələrinin respublikada inkişaf etdirilməsinə çalışacaqdır. Ölkədə ən müasir İKT-in tətbiq və inkişaf etdirilməsi üçün elmi araşdırmalar aparacaq, müvafiq qurumlar üçün proqnozlar, təklif və tövsiyyələr işləyəcəkdir.
-Assosiasiya informasiyalaşdırma ilə bağlı hansı tədbirləri keçirməyi nəzərdə tutur?
- Birlik Cəmiyyətin elm, təhsil, mədəniyyət, səhiyyə, ekologiya, sosial, siyası, idarəetmə və s. kimi ictimai-siyasi, sosial-iqtisadi və humanitar sahələrinin inkişaf istiqamətlərini öyrənərək, həmin sahələrdə mütərəqqi islahatları dəstəkləyəcək və informasiyalaşdırmanın səviyyəsini yüksəltməyə çalışacaqdır. Birlik İnformasiyaya və İKT-yə əsaslanan fəaliyyət sahələrinin daha da inkişaf etdirilməsinə, Elektron(E)-iqtisadiyyat, E-ticarət, İnternet-bankinq və s. kimi iqtisadi-informasiya texnologiyalarının tətbiq dairəsinin genişlənməsinə çalışacaqdır. Elektron (E)-cəmiyyət, E-demokratiya, E-seçki, E-səhiyyə, E-ekologiya, E-mədəniyyət, E-elm, E-təhsil, E-hökumət, E-nazirlik, E-bələdiyyə, E-maliyyə, E-region, E-sosial, E-hüquq, E-kitab, E-kitabxana, E-arxiv, E-mədəni irs, teleiş, distant təhsil, E-sənəd dövriyyəsi, virtual səyahət-turizm, E-konsaltinq xidmətləri, virtual E-hüquq məsləhətxanası, E-reklam, E-nəşr və s. kimi ən müasir İKT və İnternet texnologiyalarının elmi-texniki tədqiqinə, tətbiqinə və inkişafına çalışacaqdır.
- Birlik ixtisaslı kadrların hazırlanması ilə bağlı nə düşünür?
- Birlik İnformasiya Cəmiyyətinin sosial əsası kimi yüksək səviyyəli ixtisaslı kadrların hazırlanması, onların sertifikasiyası üçün müvafiq işlər görməyi, şagirdlərə, tələbələrə, aspirantlara, elmi işçilərə, müəllimlərə metodiki köməklik etməyi nəzərdə tutmaqla fasiləsiz təhsil konsepsiyasının reallaşmasına çalışacaq, təhsil sahəsindəki mütərəqqi islahatlarda, təhsil sektorunun inkişafı layihələrində, milli kurrikulumların hazırlanmasında iştirak edəcəkdir. Həmçinin insan inkişafı poblemlərinin həllinə kömək edəcəkdir. Eləcədə elmi-texniki işlərə, əsərlərə, dissertasiyalara, layihələrə, kitablara, məqalələrə ictimai rəy verəcək və ekspertiza edəcəkdir.
- Birlik informasiya ala bilməklə bağlı hansı işləri görməyi nəzərdə tutulur?
- Birlik İnformasiya Cəmiyyətinin mühüm tələbi kimi istənilən şəxsin, istənilən anda, istənilən yerdə, istənilən sahəyə aid informasiya ala bilmək və ondan istədiyi şəkildə istifadə edə bilmək imkanının reallaşdırılması üçün müvafiq işlər görməyi, təklif və tövsiyyələr hazırlamağı nəzərdə tutur. Bunun üçün əlverişli ictimai-siyasi və sosial mühitin yaradılmasına, insanların hüquqlarının qorunmasına və onlara hüquqi yardımlar edilməsinə, mövcud informasiyaları sistematik və dövri olaraq toplayan, təhlil edən statistik qurumların fəailyyətlərinin daha da təkmilləşdirilməsinə, jurnalistikanın, media və KİV-in, söz azadlığının, elektron KİV-lərin inkişafına, kütləvi radio-televiziya verilişlərinin təşkilinə çalışacaqdır. Ölkələr arasındakı qarşılıqlı informasiya mübadiləsi hesabına iqtisadi, sosial, mədəni, elmi, təhsil əlaqələrini inkişaf etdirməklə qloballaşma və inteqrasiya proseslərinin sürətləndirilməsində iştirak edəcəkdir. Digər ölkələrdə Azərbaycan diasporunun formalaşmasına və onlarla hər cür əlaqənin inkişaf etdirilməsinə çalışacaqdır. Ölkənin tarixinə, mədəniyyətinə, etnoqrafiyasına, ədəbiyyatına, musiqisinə, ətraf mühitin qorunmasına, flora, faunasına, relyefinə, ekologiyasına aid tarixi və müasir informasiyaları toplayaraq, tədqiq və təhlil edərək, İnternetdə yerləşdirəcəkdir. Müasir İKT və İnternet texnologiyaları vasitəsilə respublika əleyhinə aparılan istənilən növ informasiya təbliğatına qarşı mübarizə aparacaqdır. Ölkənin ictimai-siyasi həyatında mühüm yer tutan Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə və təşkilatlarına əsl həqiqəti çatdıraraq, onları Azərbaycanın mövqeyi və istəkləri ilə məlumatlandıracaqdır.
- Birlik idarəetmədə şəffaflıqla bağlı hansı işləri görməyi nəzərdə tutur?
- Birlik Dövlət və bələdiyə iarəetmə orqanlarının fəaliyyətinin şəffaflığına çalışacaq, korrupsiyaya və rüşvətxorluğa qarşı mubarizə aparılmiasında iştirak edəcəkdir. Regionlarda infrasturukturun, sahibkarlığın, turizmin, təhsilin inkişafına kömək edəcəkdir. Dövlət və bələdiyə iarəetmə orqanlarının fəaliyyətində gender bərabərliyinə çalışacaqdır. Ölkədə davamlı inkişafın təmini, sahibkarlıgın inkişaf etdirilməsi, investisiya qoyuluşunun həvəsləndirilməsi proseslərində iştirak edəcəkdir. Vətəndaşların siyasi və iqtisadi qərar qəbuletmə proseslərində fəal iştirakına çalışacaqdır.
- İKT sahəsinin iqtisadiyyatı və təşkiliylə bağlı hansı işlər nəzərdə tutulur?
-Birlik İKT sahəsinin iqtisadiyyatı, təşkili, idarə olunması və onun digər sahələrin inkişafına təsiri problemlərini tədqiq edərək, müvafiq təklif, tövsiyyə və proqnozlar işləyəcəkdir. İKT-in inkişafı üçün azad iqtisadi zonaların yaradılmasına və fəaliyyətinə çalışacaqdır. İKT üzrə mütəxəssislərin birgə təşəbbüs göstərmələrinə, onların rəy və təkliflərinin toplanılmasına, əlaqədar orqanlara çatdırılmasına və yerinə yetirilməsinə nail olmağa çalışacaqdır.
- Bəs Birlik nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün hansı növ fəaliyyətlərdən istifadə edəcəkdir?
Bu məqsədlə Birlik:· xarici dövlətlərdə fəaliyyət göstərən aidiyyətlı qeyri-hökumət təşkilatları ilə əlaqə quracaq və onlarla birgə layihələr həyata keçirəcəkdir;· elmi araşdırmalar aparacaq, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edəcək, konfranslar, simpoziumlar, yarışlar, olimpiadalar, müsabiqələr, xeyriyyə marafonları, forumlar və sair tədbirlər keçirəcəkdir;· öz fəaliyyəti və səlahiyyətləri çərçivəsində fəxri adlar, mükafatlar təsis edəcək və xüsusi fərqlənənlərə və xidməti olanlara verəcəkdir; Məlum olduğu kimi, beynəlxalq səviyyədə 17 may günü "Ümumdünya İnformasiya Cəmiyyəti Günü" kimi təsdiq olunmuşdu. Bu qərardan irəli gələn bir sıra vəzifələri yerinə yetirmək, həmçinin respublikada İC-in formalaşdırılması və inkişaf etdirilməsinin sürətləndirilməsi üçün Birlik bütün maraqlanan təşkilatların dəstəyi və iştirakı ilə ilk dəfə olaraq respublikada "Milli İnformasiya Cəmiyyətinin İctimai Mükafatı"nı (diplom, döş nişanı, priz) təsis etməyi və onun təqdimetmə mərasimini hər il yüksək səviyyədə həyata keçirməyi planlaşdırır.
İlk dəfə təsis olunan bu mükafat nominantlara İnformasiya Cəmiyyətinin formalaşması, möhkəmlənməsi və inkişaf etməsi istiqamətində apardıqları uğurlu işlərə görə veriləcəkdir. Bu İctimai Mükafat əslində İKT-nin geniş imkanlarından bəhrələnərək milyonlarla insanın məqsədlərinə çatması yolunda öz yaradıcı potensialını və gücünü əsirgəməyən şəxslərə göstərilən etimad olacaqdır. Həmin şəxslərin nümunəviliyi bütün dünya insanlarını imkanlarını inkişaf etdirməyə, azad və təhlükəsiz İnformasiya Cəmiyyəti qurmağa ruhlandıracaqdır.İnformasiya cəmiyyətinin əsas məqsədi kimliyindən asılı olmayaraq hər bir şəxsə dünyada gedən qlobal dəyişmələrin tempini hiss etməyə imkan yaratmaqdır. Milli İinformasiya Cəmiyyəti kompüter vasitələrinə, İKT-yə və informasiyaya daha geniş əlyetərliyi təmin etmək üzərində qurulmalıdır. İKT sahəsində geridə olan dövlətlərə dünya ictimaiyyəti maddi-mənəvi cəhətdən dəstək olmalıdır. İKT yoxsul insanların həyatını dəyişmək iqtidarındadır. Qlobal yoxsulluğu aradan qaldırmaq üçün yeni texnologiyaları həm də yoxsulların fəaliyyətinə tətbiq etmək vacibdir. İKT istehsalın tempini yüksəltməyə, iqtisadi artıma nail olmağa, insanların rifahını, yaşam göstəricilərini müsbət mənada dəyişdirməyə bilavasitə yardım edir. İnformasiya Cəmiyyətini qurmaq hamının zəruri öhdəliyidir. Dünyanın ən ucqar yerində, ən kasıb insan belə İKT-nin ona verə biləcəyi imkanlardan bəhrələnməlidir.Ümumiyyətcə Birlik informasiya, cəmiyyət, dövlət, elm, təhsil, innovasiya, mədəniyyət, ekologiya və iqtisadiyyatın qarşılıqlı əlaqəsinə, onların ayrı-ayrı problemlərinə aid müxtəlif xarakterli tədqiqatlar aparmağı, elmi, elmi-kütləvi, kütləvi, publisist, bədii, praktik, metodik, dərslik və s. tipli kitablar, monoqrafiyalar, broşuralar, məqalələr yazmağı, müvafiq radio və televiziya verlişləri təşkil etməyi, bu istiqamətdə nəşriyyat fəaliyyəti ilə məşğul olmağı, qəzet, jurnal və digər KİV ( o cümlədən elektron) yaratmağı və buraxmağı planlaşdırır. Həmçinin audio-video, telekonfransları, İnternet forumları, sorguları keçirəcək, konfranslar təşkil edəcəkdir.
- Birliyin strukturu haqqında nə demək olar?
- Birlik müxtəlif məsələlərlə bağlı koordinasiya, ekspertiza və s. xarakterli işləri həyata keçirmək üçün öz nəzdində elmi-texniki- metodiki şura, müvafiq bölmələr, şöbələr, filiallar yaratmagı nəzərdə tutur. Xatırladaq ki, Birlik həmçinin öz nəzdində özünün mətbu orqanı kimi “İnformasiya və Cəmiyyət” adlı jurnalını, qəzetini, ekspres-buraxılış məlumat vərəqini və nəşriyyatını da yaratmagı nəzərdə tutur.
- Yeri gəlmişkən, kimlər Birliyin üzvü ola bilər?
- Azərbaycan Respublikasında Birliyin Nizamnaməsini qəbul edərək, onun fəaliyyətində iştirak edən hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) Birliyin üzvü ola bilər. Birlik özünün formalaşmasının müəyyən mərhələsində fəxri Sədrini və fəxri Rəyasət Heyətinin üzvlərini seçə bilər. Birliyin sıravi üzvləri içərisindən onun daha fəal üzvləri müəyyən səlahiyyətlərə malik olmaqla seçilə bilərlər. Onlar Birliyin fəaliyyətində çox fəal iştirak edərək, onun inkişafına kömək edir, müvafiq şəraitin yaradılmasına çalışır, tövsiyələr verirlər.
- Qarşıdakı işlərinizdə Sizə uğurlar arzulayırıq!
AZƏRBAYCAN İNFORMASİYA və CƏMİYYƏTASSOSİASİYASININ Prezidenti,
dosent Əlövsət Qaraca oğlu Əliyev
ƏLAQƏ ÜÇÜN Tel. 439-72-26476-00-00(0 50) 322-10-06
